Qırmızı.az
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
Ramazan bayramı ilə əlaqədar olaraq Bakı Beynəxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə Publika.az-a Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
Onun sözlərinə görə, iyul ayının 17-dən 20-dək bayram günlərində əhaliyə xidmət göstərən avtobusların sayı artırılacaq:
“Bununla bağlı tədbirlər planı hazırlanıb. Hər il olduğunu kimi bu il də bayram günləri sərnişinlərin sayında artım olacaq. Sərnişinlərin rahatlığını təmin etmək üçün nəqliyyat vasitələrinin sayı artırılacaq. Düzdür, ali və orta ixtisas məktəblərində tətil olduğundan sıxlıq nisbətən az olacaq, lakin buna baxmayaraq, iyulun 16-dan 20-dək gücləndirilmiş iş rejimində çalışacağıq”.
M.Abdullayev bayram günləri süni qiymət artımından da danışdı.
“İnsanlara tövsiyə edirik ki, bileti kassadan alsınlar. Heç bir sürücünün bilet satmağa haqqı yoxdur. Ümumiyyətlə, süni qiymət artımı ilə qarşılaşanlar idarəyə müraciət edə bilərlər. Bundan başqa, bayram günləri bilet problemi yaşamaq istəməyənlər onlayn bilet satışı xidmətindən istifadə edə bilərlər. Artıq bu gündən onlayn bilet satışına start verilib. İnsanlar bu üsulla 10 gün əvvəldən bilet sifariş edə bilərlər”.
Gülxar
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO