Qoroskop
Günün ULDUZ FALI: psixoloji hücuma məruz qala bilərsiniz
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun.
Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar.
Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var.
Buğa - ambisioz, hikkəli, aqressiv olmayın. Əvvəlki incikliklərin heyfini almağa çalışmayın. Münaqişələrə meylli, kinli insanlardan uzaq durun. Daxili azadlığınızı və səbrəstliyinizi qoruyun.
Günün ikinci yarısında atdığınız addımların fərqinə varın. Rasionunuza fikir verin. Təfərrüatlarına bələd olmadığınız məsələlərlə bağlı rəy verməyin.
Problemlərin artması sizdən daha fəal olmağı tələb edir. İstəklərinizin normadan artıq olması prosesləri ləngidə bilər.
Sayıq və diqqətli olun.
Əkizlər - ani qərarlar verməyin. Düşünüb daşının, sonra fikrinizi açıqlayın. Yaşanan proseslərlə bağlı mövqeyinizdə dəyişikliklər ola bilər. Aqressiya və həyəcan yolverilməzdir. Yaxın ətrafınızdakı insanlara dəyər verin, onların qəlbini qırmayın.
Günün ikinci yarısında xoşagəlməz sözlər eşidə bilərsiniz. Əlavə işlər görməli olacaqsınız. Çətin, ağır xasiyyətli insanlarla təmas zərurəti yaranacaq. Hisslərin gərildiyi zamanda müşkül məsələnin həllinə başlamayın.
Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Xərçəng - rutin işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Aksiyalara və toplantılara qatılmayın. Müstəqil fəaliyyətə üstünlük verin. Saxta etiraflara və yalnız ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.
Arzularınızı reallaşdırmaq üçün aktiv olun.
Günün ikinci yarısında proseslərin ritminə nəzarət edin. Büdcənizdə böyük itkilər olmamalıdır. Krediti vaxtında ödəməyi unutmayın.
Axşam saatlarına yaxın yarımçıq işləri başa vurun.
Açıq havada gəzintiyə çıxın.
Şir - təşəxxüslü, ifrat qürurlu olmayın. Hisslərinizə hakim ola bilməsəniz, fəsadları ağır addımlar ata bilərsiniz. Ailə üzvlərinin tələblərini nəzərə alın. Onların istəkləri ön planda olmalıdır.
Günün ikinci yarısında daşınmaz əmlak, vərəsəlik, ipoteka, kreditlər, sığorta ödənişləri, borcların qaytarılması ilə bağlı əməliyyatlarda yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxınlarınız üçün gördüyünüz işləri onların üzünə vurmayın.
Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.
Mübahisələrdə tərəf tutmayın.
Qız - günün ilk yarısı yaradıcılıq üçün əlverişlidir. Xatirələrin təsiri və hisslərin pressinqi altında olsanız, ən adi, rutin işlər yarımçıq qala bilər. Rasional məntiqinizi unudub ani istəklərlə davranmayın.
Günün ikinci yarısında təmkinli və soyuqqanlı olmasanız, orientirləri itirə bilərsiniz. Sədləri aramla dəf edin. Maneələrin çoxluğu sizi pərişan etməsin. Gərəkli zamanda lazımi addımlar atın. Neqativ emosiyalar yaradan insanlarla ünsiyyəti minimuma endirin.
Tərəzi - maliyyə məsələlərində diqqətli olun. Münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın, sayıq və diqqətli olun. Bədxərclik etməyin, alış-verişdə məntiqli davranın.
Günün ikinci yarısısında illüziyalara qapılmayın, ambisiyalarınızı təmin etmək üçün ani hisslərin idarə etdiyi fiqura çevrilməyin. Çalışdığınız yerin hesabına şəxsi maraqlarınızı təmin etməyin. Əməllərinizə görə gec-tez cavab verməli olacaqsınız.
Qida rasionunuza fikir verin. İş qrafikində köklü dəyişikliklər etməyin.
Əqrəb - emosiyalarınızı nəzarətdə saxlayın. Hissləriniz sizi yanlış addımlar atmağa vadar edə bilər. Təmkinli olun, bütün diqqəti işə yönəldin. Maddi və ya mənəvi baxımdan təzminatlar əldə etməyə can atmayın.
Günün ikinci yarısında narazılıq hissi, natamamlıq duyğuları yarana bilər. Problemlərin həllinə yaradıcı yanaşın. Axşam saatlarına yaxın yeni tərəfdaş və ya şəriklə işləyə bilərsiniz.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - sınaq zamanıdır. Günün ilk yarısından etibarən maneələr və sədlərin sayı artacaq. Təşəbbüslər zamanı deyil. Cari işləri başa vurun, yarımçıq heç nə saxlamayın.
Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Problemləri qulaqardına vurmayın, onları çözün.
Günün ikinci yarısında sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Başqalarının sözlərindən asılı olmayın.
Hisslərinizi müvazinətdə saxlayın, təsir altına düşməyin.
Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar, görüşlər və xəbərlər vəd edir. Önəmli saydığınız məsələ ilə bağlı yeni məlumatlar ala bilərsiniz. Gözlədiyiniz hadisə baş verəcək.
Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq.
Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var.
Axşam saatlarında normal istirahət edin.
Dolça - rutin, adi işlər üçün neytral zamandır. Qarşınıza böyük məqsədlər qoyubsunuzsa, sizi çətinliklər gözləyir. Mübahisəni, diskussiyanı, kütləvi tədbirdə iştirakı təxirə salın. Mövqelərinizi qorumağa çalışın.
Günün ikinci yarısında nəyin bahasına olursa-olsun, haqlı görünməyə can atmayın. Sözlərin bundan sonrakı hadisələrin formalaşmasında heç bir əhəmiyyəti yoxdur.
Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər.
Axşam saatlarında psixoloji hücuma məruz qala bilərsiniz.
Balıqlar - dəyişikliklərə başlamaq zamanıdır. Perspektivlə bağlı məlumatlar alacaqsınız. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Kiçik problemlərin həllini bir müddətə təxirə salmaq olar. Yaşam sizə sürprizlər hazırlayıb.
Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək.
Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir. (Milli.Az)
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...