Qoroskop
Varlılar sərvətini itirəcək - Dovşan ili sizdən nə tələb edir?
Məşhur astroloq Tamara Qloba 2023-cü ilin astroloji proqnozunu verib.
Publika.az xəbər verir ki, ekspertin iddialarına görə, 2024-cü ilə qədər hər birimiz səbirli olmalıyıq, ancaq müsbət məqamlar da özünü çox gözlətməyəcək. Astroloq hesab edir ki, 2023-cü ildə gözlənilməz hadisələrə hazır olmalıyıq. Bir çox varlı insan sərvətini itirə bilər. Yeni xəstəliklərlə də mübarizə apara bilərik.
Qoç
Özünüz üçün yeni perspektivlər kəşf etməlisiniz. Təhsil almaq, bacarıqlarınızı artırmaq şansınız var. Maddi baxımdan da şanslı olacaqsınız. Əmlak almaq fürsətindən istifadə edin. Ailə üzvlərinin sayı arta bilər.
Buğa
Maliyyə sahəsində sizi stabillik gözləyir. Yeni dostlar qazanmaq, hətta həyatınızın sevgisi ilə tanış olmaq şansınız var. Səbəbsiz xərclərdən çəkinin.
Əkizlər
Xəyallarınızı gerçəkləşdirmək üçün hər şeyi edin. Özünüzə yaxşı vərdişlər aşılamaq üzərində çalışın, qidalanma tərzini dəyişdirin. İşdə və şəxsi həyatınızda çətin vəziyyətlərə hazır olun.
Xərçəng
Bütün arzularınız gerçəkləşəcək. Qazancınız artacaq. Səyahətə də vaxt ayırmalısınız. Xoşagəlməz və neqativ insanlardan uzaq olun, onlarla ünsiyyət qurmayın.
Şir
Sağlamlığınıza diqqət edin. Dost çevrəniz çox dəyişəcək. Ailə həyatında çətinliklər və ayrılıqlar mümkündür. Əgər subaysınızsa, çoxlu yeni tanışlıqlar olacaq.
Qız bürcü
Çox səy göstərsəniz, hədəflərinizə çata bilərsiniz. Kredit və borc almayın. Ayağınızı yorğanınıza görə uzadın. Məhdudiyyətlər daxilində yaşamağı öyrənin.
Tərəzi
Əgər acgözlük etsəniz, istəmədən özünüzü əlavə risklərə məruz qoyacaqsınız. Bu il müxtəlif müsabiqələrdə iştirak edə bilərsiniz. İyun ayında sizi uğurlar gözləyir.
Əqrəb
İlin əvvəli çətin olacaq. Evdə və işdə ciddi problemləriniz olacaq, onları yoluna qoymalısınız. Təmir, daşınmaz əmlak alınması, istirahət və sağlamlıq kimi mühüm məsələlərdə pula qənaət etməyin.
Oxatan
Sənədləşmə və maliyyə ilə bağlı bütün problemləriniz asanlıqla həll olunacaq. Yalnız həqiqətən vacib olanları edin. Məsuliyyəti öz üzərinizə götürməkdən qorxmayın.
Oğlaq
Gələn il hər şeyi sakit rejimdə edəcəksiniz. Əlavə öhdəliklər olmayacaq. Ancaq sağlamlıq problemləri mümkündür. İyun ayına qədər yeni gəlir mənbəyi tapmaq şansınız var.
Dolça
Peşənizdə yeni istiqamətlər öyrənməyə çalışın. Sizi heyrətamiz səyahətlər və hobbilər gözləyir. Ailə və məişət problemlərinin həllinə biganə qalmayın.
Balıq
Sizi maliyyə çətinlikləri gözləyir. Sağlamlıq problemləri istisna olunur. Eyni zamanda iş yerində yüksək vəzifəyə təyin oluna bilərsiniz. Cəmiyyətdə nüfuz qazanacaqsınız.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
