Region
Türkiyə ordusundan YENİ HƏMLƏ - Ərdoğan ANONSUNU VERMİŞDİ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarından sonra Münbiç və Tel-Rıfatı ələ keçirərək sərhədlərinin PKK terror təşkilatından təmizlənməsi üzrə əməliyyatları davam etdirəcək.
Publika.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, bununla da, Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq.
Suriyanı Türkiyə üzərindən qərb dünyası ilə bağlayan Kilis-Hələb avtomobil yolunun keçdiyi Tel-Rifatda Minnag hava limanı kimi strateji lojistik nöqtə yerləşir.
“Habertürk”ün yazarı Murat Gürgen qeyd edib ki, Fərat çayının qərbini terror təşkilatlarından təmizləməyi qarşısına hədəf qoyan Türki Silahlı Qüvvələri əvvəl Tel-Rifat, daha sonra Münbiçin təmizlənməsi üçün əməliyyatlar keçirməyi planlaşdırır.

Türkiyə-Suriya sərhədində Aralıq dənizi sahilindən Fərat çayına qədər ərazidə yaradılacaq təhlükəsiz zona Dəməşq rejiminin nəzarətindəki Hələbə qədər uzanacaq. Münbiçdə nəzarətin təmin edilməsi ilə Fəratın qərb hissəsində qurulacaq təhlükəsiz zonanın genişliyi hər yerdə ən azı 30 kilometrə çatacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qısa müddətdə Tel-Rıfatın ələ keçirilməsi ilə “Zeytun budağı” hərəkatının əsas hədəfinə çatacağını bildirmişdi.
Türkiyə Silahlı Qüvvələri Astana formatı çərçivəsində Afrinin cənubundakı İdlib əyalətində 12 nəzarət nöqtəsi quracaq.
Ömər Dağlı
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü































.png)

.jpg)



