Sosial
Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 4-də Bakıda Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Eləcə də bir sıra rayonlarda müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir və ağac budanması işləri həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri, eləcə də rayonun Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman kəndlərini əhatə edəcək.
Mingeçevir EŞ-nin ərazisində saat 09:00-dan 13:00-dək Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində enerjinin verilişində fasilə yaranacaq.
Tərtər EŞ-nin ərazisində saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı “Xoruzlu” hava xəttindən qidalanan yaşayış məntəqələri gərginliksiz qalacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
