Region
“Mehmetcik” 60 kilometr icəri girəcək – Ərdoğandan SON XƏBƏRDARLIQ
“Fərat Qalxanı” və “Zeytin Budağı” hərəkatları ilə terrorla mübarizə mövzusundakı qərarlılığımızı göstərdik. İraq rəhbərliyi də bu mövzudakı həssaslığımızı bilir”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə ordusunun İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı əməliyyatın keçirmə ehtimalını şərh edən prezident rəsmi Bağdadın Ankaraya dünən gecə bir xəbər göndərdiyini bildirib: “Bizə “Hazırda Sincarda lazımı əməliyyatı bir neçə istiqamətdən başladıq” dedilər. İndi İraq kəşfiyyatının rəhbərliyində yeni şəxs var. Hakan bəyin (Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan –red.) həmkarı. Onlar müzakirələr aparırlar. Müzakirələrdə irəliləyişin olduğunu bildirirlər. İraq terrorçuları Sincardan çıxararsa, çox yaxşı. Əks halda, sərhədimizin 60 kilometrliyindəki Sincarda özümüz əməliyyat keçirəcəyik”.
Prezident Suriyanın Münbiç şəhərində də əməliyyatın keçiriləcəyini vurğulayıb: “Bir gecə qəfildən gələ bilərik. Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”.
Ömər Dağlı
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
















.jpg)


.jpg)
















.jpg)


