Region
İranda azərbaycanlılara qarşı KÜTLƏVİ HƏBSLƏR BAŞLADI - 50 fəaldan xəbər yoxdur
İranda Cənubi azərbaycanlı fəallara qarşı yeni həbs dalğası başlanılıb.
Cənubi azərbaycanlı fəal soydaşlarımızın Publika.az-a verdiyi məlumata görə, 2 iyul tarixindən etibarən başlanılan həbs əməliyyatları çərçivəsində 50 Güney azərbaycanlı fəal İran Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb.
Fəallar 5-6 iyul tarixlərində cənubi azərbaycanlıların azadlıq simvolu kimi qəbul etdiyi Babək Qalasında dinc toplaşmaqla bağlı çağırış ediblər. İran Təhlükəsizlik Qüvvələri isə dinc aksiyanı dağıtmaq məqsədilə fəalları həbs edib. Lakin təzyiqlərə baxmayaraq, cənubi azərbaycanlılar Babək qalasına toplaşa biliblər.
"Araznews" xəbər saytının verdiyi məlumata görə, hazırda həbs edilənlərin vəziyyəti və harda saxlanıldıqları ilə bağlı hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Cənubi azərbaycanlı fəallar 90-cı illərin sonlarından başlayaraq xalqa Tir ayının ikinci həftəsonu üçün (İkinci həftənin dördüncü və beşinci günləri) Kəleybər şəhərinin yaxınlığında yerləşən Babək Qalasına toplaşmalarına dair çağırış edirlər. Bu iki gün ərzində dinc aksiya çərçivəsində Azərbaycan musiqisi, rəqsləri və şeirləri səsləndirilməklə yanaşı, fəalların milli istəklərlə bağlı mitiqləri keçirilir. Fəallar, ana dilinin qadağan edilməsi və azərbaycanlılara qarşı ayrıseçkiliklər haqqında çıxışlar edib, istəklərini söyləyirlər.
Ötən bir neçə ildə İnqilab Keşikçiləri Ordusu (Sepah) bu toplaşmanın qarşısı almaq məqsədi ilə həmin tarixlərdə Babək qalası ətrafında hərbi parad keçirib. Eyni zamanda, qalaya getmək istəyənlərə qarşı təzyiqlər daha da sərtləşdirilib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
