Region
Qaşıqçını öldürən şəxs qətldən sonra Vaşinqtonda kimə zəng etdi? - ŞOK - - FOTO/VİDEO
Qaşıqçı cinayətində sui-qəsd planının başında gələn ilk şübhəli Maher Əbdüləziz Mutreb jurnalist Camal Qaşıqçını öldürdükdən sonra 4 dəfə vəliəhd şahzadə Məhəmməd bin Salmanın ofis müdürünə zəng edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəng etdiyi şəxsin isə şahzadənin ofis müdiri Bədr əl Asakir olduğu məlum olub. Asakir vəliəhd şahzadənin "qara qutusu" kimi tanınır.

Səudiyyə Ərəbistanı israrla Qaşıqçı cinayətini boynundan atmağa çalışsa da, bütün dəlillər birbaşa vəliəhd Şahzadə Məhəmməd ibn Salmana çıxır. Maher Əbdüləziz Mutrebin cinayətdən sonra israrla 4 dəfə Asakiri yığmasından başqa, ABŞ-da bir nömrə ilə də əlaqə saxladığı müəyyən edilib.
İlkin ehtimallara görə, zəng edilən nömrə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ABŞ-da Səudiyyə Ərəbistanının Baş Konsulluğunda səfir olan qardaşı Xalid bin Salmana məxsusdur. Qaşıqçı cinayətindən sonra Xalid ibn Salman Vaşinqtonu tərk edərək Riyada qayıdıb. Onun geri qayıtmasının 2 səbəbi var: ya onu ABŞ tərəfi göndərib, ya da vəliəhd şahzadə özü geri çağırıb.

Xatırladaq ki, oktyabrın 20-də Qaşıqçı cinayətini etiraf edən Səudiyyə Ərəbistanı onun meyitinin harada olduğundan məlumatsız olduğunu deyib.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra onun haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb və öldürüldüyü iddia edilirdi.
Könül
-
Magazin119:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
-
Hadisə17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO
-
Hadisə15:46Sosial şəbəkələrdə pornoqrafik xarakterli video yayanlar saxlanıldı
-
Avropa14:58Limanda əməliyyat - 350 kq kokain aşkarlandı(FOTO)
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
İdman14:03Bakıda yeni futbol klubu yaradıldı
-
İdman13:23Mourinyodan Arda şərhi: "Meydana daxil olanda fərq yaratdı!"


















.webp)


















