Region
Cəsədi tapılmayan Qaşıqçı haqqında QORXUNC EHTİMAL
Ər-Riyad jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürüldüyünü etiraf etsə də, onun cəsədinin harada olduğuna dair sual hələ cavabını tapmayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, səudiyyəli səlahiyyətlilər cəsədin yerli bir vətəndaşa verildiyini bildirsələr də, polis və kəşfiyyat Qaşıqçının cəsədinin konsulun iqamətgahından çıxarılmadığı ehtimalı üzərində dayanırlar.
Daha əvvəl Türkiyənin ”Yeni Şəfəq” nəşrində Halik Karakayanın yazdığına görə, Sultanqazidə tərk edilmiş halda olan diplomatik nömrəli avtomobildə aşkarlanan kimyəvi qoruyucu maska cinayətdə xüsusi hazırlanmış asit turşusundan istifadə edildiyinə dair ehtimalı gücləndirib. Mikrobiologiya mütəxəssislərinin sözlərinə görə, cəsədin yox edilməsi üçün istifadə edilən asit turşusu sümük, daxili orqanları, saç və dişlər də daxil olmaqla hər cür toxumanı qısa müddət ərzində əridərək mikroskopik parçalara ayıra bilir. Kəşfiyyat və təhlükəsizlik gücləri axtarış fəaliyyətinə bu ehtimalı da daxil ediblər.
Qeyd edilir ki, Məkkə və Mədinədə dəfn mərasimi zamanı cəsədin asitlə əridilməsi tez-tez istifadə olunan bir üsuldur. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulun iqamətgahındakı quyudan götürülən su nümunəsində kimyəvi maddəyə aid iz axtarılır.
Digər bir ehtimal isə cəsədin yandırıması ilə bağlıdır. Əldə edilən məlumatlar baş konsul Uteybinin kabinetinə girdiyi şübhə doğurmayan Camal Qaşıqçının burada öldürülməsi ehtimalı yüksək qiymətləndirilir. Lakin baş konsulun otağında barmaq izlərinin belə aşkarlanmaması buranın məhkəmə tibb mütəxəssisi tərəfindən yaxşıca təmizləndiyini göstərir.
Kamera görüntülərində 6 avtomobildən ibarət kolon oktyabrın 2-də saat 15:10-da konsulun iqamətgahına girib. Qaşıqçının cəsədinin bu kolonda olan “Vito” markalı avtomobillə iqamətgaha aparıldığı ehtimal edilir. Polis cəsədin iqamətgahda aradan götürüldüyü ehtimalı üzərində dayanır.
Polis tərəfindən aparılan axtarışlar zamanı konsulun iqamətgahındakı peç şübhələri üzərinə çəkib. Peçin bacasındakı hisin də yaxın dövrə aid olduğu bildirilir. Peçin tamamilə təmizlənməsindən şübhələnən polis baca və peçdən nümunələr götürüb. Nümunələr araşdırılması üçün kriminal laboratoriyaya göndərilib.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
Ömər Dağlı
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
























.jpg)







.jpg)

.jpg)