Region
Üç başa qoyulan mükafatın arxasındakı XAİN PLAN: Ərdoğan haqlı çıxdı - ŞOK DETALLAR
ABŞ-ın PKK terror təşkilatının liderləri Murat Karayılan, Cəmil Bayık və Duran Kalkanın başlarına ümumilikdə 12 milyon dollar mükafat qoyması əslində Türkiyəyə qarşı bir oyun imiş.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Şimali İraqdakı Süleymaniyyə hava limanı üzərindən PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilə tibbi ləvazimatlar, dərmanlar və silah göndərdiyi ortaya çıxıb.
Məlumata görə, nəqliyyat təyarəsi ilə əvvəl Ərbilə göndərilən yüklər daha sonra terror təşkilatı üçün paylanılıb. Qeyd edilir ki, tibbi ləvazimatlar, dərmanlar və silahların bir hissəsi Ərbil üzərindən Suriyanın şimalındakı PYD-yə (PKK terror təşkilatının Suriya qanadı –red.) göndərilib.

“Yeni Şəfəq” nəşrinə danışan hərbi mənbələr bildiriblər ki, ABŞ Qəndilə ağır silahlarla yanaşı, gündəlik yaşam üçün vacib olan məhsullarla uzun müddətdir dəstək verir.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına pul mükafatı qoymasını gecikmiş addım adlandırıb.
“Biz bunu PKK ilə PYD-nin ayrı təşkilatlar olduğunu qanuniləşdirmək üçün ortaya atılmış bir oyun olduğunu zənn edirik. Təbii ki, bu oyuna aldanmarıq. Əslində, YPG-nin verdiyi açıqlama da ABŞ-ı yalanlayır. Açıqlama da PYD-nin YPG kimi, əsasən, PKK-dan ayrı olmadığını bildirir. Bunu artıq ABŞ da görməlidir...”, - Türkiyə prezidenti söyləyib.
“Yeni Şəfəq” yazır ki, ABŞ “PKK ilə birgə mücadilə” adı ilə, PYD-ni Türkiyəyə legitim göstərməyə cəhd edir. PKK-nın üç liderinin başına mükafat qoyulması da bu strategiyanın davamı olaraq qiymətləndirilir.
Ömər Dağlı
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?




































