Region
ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
Türkiyə “S-400” zenit-raket komplekslərinin çatdırılması üçün hesablamaları milli valyutalarla həyata keçirəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak üçün Argentinaya uçuşdan əvvəl jurnalistlərə deyib.
“”S-400” zenit-raket kompleksləri üçün hesablamalar milli valyutalarla edilməlidir. Bu komplekslərin Türkiyəyə ötürülməsi 2019-cu ilin sonuna kimi həyata keçirilməlidir, sonra hər iki ölkənin Maliyyə Nazirlikləri və Mərkəzi Banklarının səyi ilə milli valyutalarla hesablamalar haqqında bənd yerinə yetiriləcək. Biz bunu lap əvvəldən təklif edirdik”, - Ərdoğan bildirib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Moskva və Ankara dollarla hesablamalardan imtina etməklə “S-400” kompleksinin çatdırılmaları üzrə sazişi bağlaya biliblər.
Ötən gün isə “Rusiya çağırır” illik investisiya forumu Rusiya prezidentinin dollarla bağlı zarafatı ilə yadda qaldı. Dövlət başçısı Rusiyanın dollardan qaçmağı qarşısına məqsəd qoymadığını deyib.
“Dollardan uzaqlaşmaqla bağlı heç bir hədəfimiz yoxdur, dollar bizdən uzaqlaşır”, - Putin zarafatlaşıb.
Dövlət başçısının sözlərinə görə, dolların özü aktivlərini itirir.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksləri üzrə kredit razılaşması imzalayıb. Razılaşma ümumi dəyəri 2,5 milyard dollar olan 4 “S-400” divizionunun çatdırılmasını nəzərdə tutur. Tərəflər həmçinin, “S-400”-lərin istehsalının inkişafında texnologiya əməkdaşlıq haqqında razılaşıblar. ABŞ və NATO nümayəndələri bu sazişə görə Ankaranı dəfələrlə tənqid ediblər.
Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket komplekslərinin quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq. Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək, orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə başlayacaq”, - Akar deyib.
Ömər Dağlı
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma






























.webp)








