Region
Ərdoğandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: Bunu etməsəniz, oranı bombalayacağıq
“Sərhədlərimiz üçün təhdid yaradan İraqın Sincar və Karacak Dağı bölgəsində dünən axşam saatlarında əməliyyatlar keçirdik. Oradan bizə təhdid gələrsə, cavabı da dərhal veriləcəkdir”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının hüquq konfransında çıxışında deyib.
Suriyada Fəratın şərqinə də sülh gətirməkdə qərarlı olduqlarını deyən Ərdoğan Münbiç haqqında da xəbərdarlıq edib.
“Onlar Minbic ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Münbiç 85-90 faiz ərəblərin yaşadığı bir yerdir. Ancaq oranı tamamilə terror təşkilatlarına veriblər. “Oranı onlardan boşaldacağıq” dedilər. Çıxartmadılar. İndi də deyirəm, siz təmizləməsəniz, biz Münbiçə girəcəyik. Mən açıq danışıram. Türkiyə Fəratın şərqindəki terror bataqlığına müdaxilə ilə bağlı kifayət qədər vaxt itirib. Bunun üçün bir günlük gecikməyə belə səbrimiz qalmadı”, - Türkiyə lideri söyləyib.
Suriyanın şimalında Amerikanın 22 bazasının olduğunu vurğulayan Ərdoğan bu bölgədə olan PKK, PYD və YPG kimi terror təşkilatlarına silah-sursat və hərbi texnika göndərildiyini vurğulayıb.
Ömər
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

