Region
Çavuşoğlu Trampa Çanaqqala savaşını XATIRLATDI: Bu millət...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təşkil etdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Türkiyənin ünvanına etdiyi təhdidə cavab verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir əlaqə kanallarının açıq olduğunu və strateji tərəfdaşların sosial şəbəkə üzərində danışmamalı olduğunu deyib.
“Bizim əlaqə kanallarımız açıqdır. Prezident Donald Tramp prezidentimizə iki dəfə zəng edərək “Suriyadan çəkilmək istəyirik” dedi. İki gün əvvəl dövlət katibi Maykl Pompeo ilə görüşdüm. Con Bolton Türkiyəyə ziyarət etdi. Bizə verilmiş sənədə görə cavabımızı ABŞ-a göndəririk”, - nazir bildirib.
Çavuşoğlu Suriyanı parçalamaq istəyən bir terror təşkilatının olduğunu, Türkiyənin hədəfinin bu terror təşkilatı olduğunu qeyd edib: “Biz kürdlərin düşməni deyilik, tarixdə də ən çox müdafiə edən biz olmuşuq, olmaya da davam edəcəyik. Kürd qardaşlarımızın ən böyük dostu Türkiyədir. Kürdlərlə terrorçuları bir tutmaqla heç bir yerə gedib çıxa bilmirik”.
Avropa və ABŞ-ın bu həqiqəti Türkiyədən daha yaxşı bildiyini deyən nazir Trampın vəziyyətini yaxşı başa düşdüklərini, ona çoxlu təzyiqin olduğunu söyləyib.
“Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. Bu millət Çanaqqalada qurtuluş savaşında olduğu kimi “ac qalaram, amma boyun əymərəm” deyər. Təzyiq altında Trampın açıqlamalarını və istifadə etdiyi dili doğru hesab etmirik. Son tvitin daxili siyasətə aid olduğunu bilirik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə ilə təhdid edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL

































.jpg)
