Region
Trampın Türkiyəyə təhdidi 55 il öncəsini xatırlatdı: İnönü və Conson...
ABŞ prezidenti Donald Trampın Türkiyəni təhdid etməsi gündəmdə bomba effekti yaratdı. Ağ Evin başçısı Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı – red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid edib.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Trampın təhdidi tarixi ”Conson məktubu”nu yada saldı.
Bundan 55 il əvvəl - 2 İyun 1964-cü ildə toplanan Türkiyə Milli Təhlükəsizlik Şurası Kiprdə əməliyyatın keçirilməsi barədə qərar vermişdi. Ardınca, ABŞ Prezidenti Lindon Conson Türkiyənin Baş naziri İsmət İnönüyə çox sərt və kobud bir üslubla yazdığı məktubla xəbərdar etmişdi. Bu məktub tarixdə “Conson məktubu” kimi qaldı.
Məktubda Türkiyə hədələnir, Sovet İttifaqı ilə qorxudulur və NATO-nun onu müdafiə etməyəcəyi bildirilir. Məktubun nəticəsi olaraq Türkiyə əməliyyatı təxirə salır. Baş nazir İnönü “SSRİ ilə üz-üzə qalsaq, yeni dünya qurulacaq. Türkiyə də o dünyada öz yerini alacaq” cavabını verir.
Bununla belə, məktubdan sonra Türkiyə Kiprdə əməliyyat keçirməkdən vaz keçmişdi. Yalnız 10 il sonra - 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı hərəkat 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnmişdi.
Ötən gün isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın heç bir təhdid qarşısında geri çəkilməyəcəyini bildirib.
“Bu millət Çanaqqalada qurtuluş savaşında olduğu kimi “ac qalaram, amma boyun əymərəm” deyər. Təzyiq altında Trampın açıqlamalarını və istifadə etdiyi dili doğru hesab etmirik. Son tvitin daxili siyasətə aid olduğunu bilirik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Ömər Dağlı
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ





































