Region
Paşinyan Əliyevlə görüşün DETALLARINI AÇDI
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, izləyiciləri Paşinyanı görüşlə bağlı məlumat vermədiyinə görə tənqid edib və o da feysbuk səhifəsində canlı yayım açaraq sualları cavablandırıb.
"Məlum olduğu kimi, bu, İlham Əliyevlə üçüncü görüşümdür. Son bir neçə ay ərzində ATƏT-in Minsk qrupu həmməruzəçiləri ilə də görüşmüşük. Görüşlərdən çəkinməməliyik. Bunlar qeyri-rəsmi görüşlərdir, müzakirələrin rəsmi başlanğıcı kimi qəbul edilə bilməz ", - Paşinyan deyib.
Onun sözlərinə görə, Davos forumunun təşkilatçıları Azərbaycan və Ermənistan liderlərinin hər ikisindən ayrı-ayrılıqıda bir araya gəlməklə bağlı əvvəlcədən soruşublar. Toplantı üçün əsas şərtlərdən biri bu olub ki, hər iki lider birgə suallara cavab versin.
Onun sözlərinə görə, Davosda və əvvəlki görüşlərdə müzakirə prosesinin tarixi, həll üçün şərait yaratma imkanı, mövcud maneələr və s. müzakirə edilib: “Eyni zamanda, heç bir xüsusi fikir vurğulanmadı, ətraflı müzakirə aparılmadı. Burada başqa niyyət yoxdur. Görüşlərin önəmli olduğunu düşünürəm. Vəziyyətin səhv başa düşülməsindən qaynaqlanan iddialarla çıxış edənlər absurd ifadələr işlədir".
Zümrüd
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi


































.jpg)
