Region
“F-35”-lər verilməyəcək və... - ABŞ-la İsrailin Türkiyəyə qarşı SENSASİON PLANI - - FOTO/VİDEO
Türkiyə ilə ABŞ arasında gərginliyin əsas maddələrindən olan “F-35”-lərlə bağlı Ankaraya yeni bir təhdid gəldi. “F-35”-lərin Türkiyəyə təsliminə qısa müddət qalmış ABŞ Senatından “verməyin” çağırışına son olaraq Avropadakı ən yüksək rütbəli amerikalı komandanı ünvanına sahib ABŞ-ın Avropa Müttəfiq Qüvvələrinin (SACEUR) ali komandiri Körtis Skaparotti dəstək verdi. Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksi almasını şərh edən zabit “hərbçi olaraq ən yaxşı təklifim ABŞ-ın “F-35”-ləri Ankaraya təslim etməsindən imtina etməsidir” dedi. ABŞ “F-35”-ləri Türkiyəyə verməzsə, Ankaranın hansı alternativləri olacaq?
Publika.az xəbər verir ki, bu suala cavab tapmağa çalışan Türkiyənin “Yeni Şəfəq” nəşri bir neçə alternativ göstərib.
Türkiyənin 1998-ci ildən 5-ci nəsil döyüş təyyarəsi olan “F-35” proqramının iştirakçısıdır. Senator Tom Tillis hesab edir ki, Türkiyə “F-35” proqramından da çıxarılmalıdır. Dövlət Departamentinin sözçüsü Robert Palladino isə qeyd edib ki, Türkiyənin “S-400” alması “F-35” proqramındakı rolunun nəzərdən keçirilməsi ilə yanaşı, gələcəkdəki silah satışını da risk altına alır.
Türkiyəli hərbi analitik Turan Oğuz hesab edir ki, “F-35”-lər təslim edilməzsə və proqramdan çıxarılarsa, Ankaranın atacağı ilk addım təzminat tələbi ola bilər.
“F-35”lər təslim edilməzsə, nə olar” sualını da cavablandıran Oğuz bunları söyləyib:
“Əlimizdə “F-4” və “F-16”lar var. 2020-ci ilə qədər bütün “F-4”lərin istismardan çıxarılmasına qərar verilmişdi. Lakin Türkiyə Hava Qüvvələri bu qərarın icrasını dayandırıb və “F-4”lərdən istifadə üçün son tarixi müəyyən etməyib. Bu qərar təxminən 30 “F-4” üçün etibarlı olacaq”.
Hərbi analitik Türkiyənin “F-35”lərə alternativ üçün Rusiya və Çinə yönələ biləcəyini bildirb:
“Rusların beşinci nəsil “SU-57” təyyarələri var. Rusiya “PAK-FA” proqramı çərçivəsində bu təyyarənin birlikdə inkişaf etdirilməsi ilə bağlı Hindistana təklif verib. Eyni zamanda, Çində beşinci nəsil “J-31” təyyarələri var və medianın yazdığına görə, Çin bu təyyarənin ixrac modeli olan “FC-31”in satışı üzrə Pakistanla danışıqlar aparır. Bu baxımdan, Türkiyənin beşinci nəsil hərbi təyyarənin alması mövzusunda tək alternativinin ABŞ olmadığını söyləmək mümkündür, yalnız təyyarələrin çatdırılma müddəti və fərqli texniki xüsusiyyətləri müzakirə mövzusudur”.
Turan Oğuz ən pis ssenarini də istisna etmir.
“Əvvəlcə Türkiyə sonuna qədər beşinci nəsil hərbi təyyarə almağa çalışmalıdır. Çünki dünya bu tipli təyyarələrə keçərkən, sizin keçmişdə qalmağınız qarşısına böyük hədəflər qoyan bir ölkə üçün bir müsbət hal deyil. Bu nöqtədə bir şeyi unutmamaq lazımdır ki, dördüncü nəsil təyyarələr çox yaxşı elektromaqnit platformalar ola bilər, amma “F-35”lər uça bilən kompüterlərdir, yəni çox fərqli bir səviyyədədirlər. Əgər məcbur qalsaq, o zaman daxili ehtiyaclarimızı pilotsuz uçuş aparatları və HÜRKUŞ-la təmin edərək, ölkə xarici ehtiyaclarımızı isə 2030-cu illərə qədər əlimizdəki “F-16”lar və 2020-ci illərdə “F-4E”lərdən istifadə edərək yolumuza davam edə bilərik. Bu sistemləri dəstəkləmək üçün 2023-cü ildə seriya istehsalına başlanması planlaşdırılan HÜRJET-i və 2030-cu ildə istismara verilməsi planlaşdırılan MMU-nun (Milli döyüş təyyarəsi - red.) istehsalını heç Qərbin köməyi olmadan da daha qısa müddətdə sürətləndirə bilərik. Bundan başqa, süni zəkalı, havadan havaya hücum və siqnal kəşfiyyatı qabiliyyəti olan AKINCI İHA-nın varlığı da əhəmiyyətli dəstək olacaq”.
Hərbi analitiklərin iddiasına görə, ABŞ-ın “F-35”lərlə bağlı Türkiyəyə təhdidlərin arxasında İsrailin də əhəmiyyətli rolu var. Bu baxımdan, onlar İsrailin “Haaretz” qəzetinin ötən ilin may ayında ortaya atdığı bir iddianı xatırladırlar. İsrail nəşrinə görə, Təl-Əviv Yaxın Şərqdə “F-35”lərə sahib tək ölkə (İsrail ordusunun arsenalında hazırda bu təyyarələrdən var – red.) olmaq istəyir və Türkiyəyə satışın reallaşmaması üçün ABŞ-a təzyiq göstərir.
“F-35” təhdidinin daha əvvəl amerikalı rahib Andrey Brunsonun azadlığa buraxılması ilə bağlı olduğunu qeyd edən analitiklər Türkiyənin “S-400”lərdən imtina etməsi durumunda ABŞ tərəfindən növbəti bəhanələrin ortaya çıxacağını istisna etmirlər.
Ömər Dağlı
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO