Region
Türkiyədən ABŞ-ı hiddətləndirəcək ikinci S-400 HƏMLƏSİ: yayda...
Türkiyə Rusiyadan ikinci dəfə S-400 zenit raket kompleksi ala bilər.
Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ “Patriot” sistemi satarsa, alarıq. Satmazsa, ikinci bir S-400, ya da başqa bir havadan müdafiə sistemi ala bilərik” – nazir bildirib.
Ankaranın bu niyyətinə Rusiyadan cavab gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin Türkiyə ilə əməkdaşlıq etmək üçün fürsət axtardığını deyib: “Rusiya Türkiyə ilə S-400 mövzusunda yeni bir razılaşma əldə etməyə açıqdır. Rusiya əməkdaşlığı genişləndirmək üçün fürsət axtarışındadır”.
Qeyd edək ki, NATO üzvü olan Türkiyənin Rusiyadan silah alması ABŞ-ı ciddi şəkildə narahat edir. Vaşinqton müxtəlif zamanlarda müxtəlif bəhanələrlə Türkiyəni bu niyyətindən daşındırmaq üçün sanksiyalar tətbiq edir və hədə məzmunlu bəyanatlar səsləndirir.
Xatırladaq ki, Rusiya ilk S-400 batareyalarını bu ilin yayında Türkiyəyə təhvil verəcək.
Zümrüd
-
ABŞ19:00Müctəba Xamenei xalqa müraciət etdi
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ


































