ABŞ və İsrail İraqa hücum etdi - Kərkükdən reaksiya
Bizi izləyin

Dünya

ABŞ və İsrail İraqa hücum etdi - Kərkükdən reaksiya

İraqın qərbində, Suriya sərhədində yerləşən Ənbar əyalətinin Akkaşat bölgəsində Həşdi Şabi 19-cu briqadasına məxsus qərargah ABŞ-a məxsus olduğu düşünülən döyüş təyyarələri tərəfindən bombardman edilib.

Publika.az xəbər verir ki, yerli mənbələrə görə, hücum nəticəsində 35 Həşdi Şabi üzvü öldürülüb və 90-dan çoxu yaralanıb.

Qərargahın tamamilə dağıldığı və dağıntılar altında qalanlar səbəbindən ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar olduğu bildirilib.

Eyni zamanda, Kərkükdəki Həşdi Şabi 15-ci briqadasına məxsus mövqe də hava zərbəsi ilə hədəfə alınıb. Hücumlar nəticəsində briqadanın üzvləri Əhməd İzzettin, Məhəmməd Necat Əli, Yılmaz Seyfəddin və İyad Əli Hıdır öldürülüb.

İraq Türkmən Cəbhəsinin (İTM) Kərkük üzrə millət vəkili Ərşat Salihi hücumlara reaksiya verib. O, bunun təhlükəli olduğunu bildirib: "Onlar İraqı qeyri-müəyyən nəticə ilə bu müharibəyə cəlb etmək istəyirlər. Bölgədə hücumların artması təhlükənin daha da ciddiləşdiyinin göstəricisidir".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm