Region
Müctəba Xamenei ilk dəfə doğmalarının ölümündən danışdı
İranın yeni ali lideri Müctəba Xamenei, ABŞ və İsrailin əməliyyatları nəticəsində həyat yoldaşını və bacısını itirdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, onun bu bəyanatı İranın dövlət teleradio şirkəti (IRIB) tərəfindən yayılıb.
Televiziya vasitəsilə səsləndirilən bəyanatda Xamenei deyib:
"İtkisi hər kəsə məlum olan atamla yanaşı, ümid bəslədiyim əziz və sadiq həyat yoldaşımı, özünü valideynlərinə xidmətə həsr etmiş və layiq olduğu mükafatı almış fədakar bacımı, həmçinin onun kiçik övladını şəhidlər sırasına qurban verdim".
Eyni zamanda, martın 12-də "The Sun" qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığı barədə məlumat yayıb. Jurnalistlərin iddiasına görə, İran lideri bir və ya hər iki ayağını itirib və hazırda komadadır. Məlumatda onun Tehranın tarixi məhəlləsində yerləşən "Sina" xəstəxanasının reanimasiya şöbəsində olduğu qeyd edilir.
Bundan əvvəl, martın 11-də "The New York Times" qəzeti İran rəsmilərinə istinadən Xameneinin ABŞ və İsrailin ilk hücum günündə yaralandığını yazmışdı. Məhz bu səbəbdən yeni ali liderin hələ də ictimaiyyət qarşısına çıxmadığı və video müraciət yaymadığı bildirilir.
Qeyd edək ki, 56 yaşlı Müctəba Xamenei, ABŞ və İsrailin Tehran iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olan Ayətullah Əli Xameneinin oğludur. O, martın 8-də Ekspertlər Məclisi tərəfindən yekdilliklə İranın yeni rəhbəri seçilib.
Hüseyn İbadlı
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)






















.jpg)
.jpg)