Region
Dünyanın gözü orada - Türkiyənin dəhşətli silahı təqdim edildi
Türkiyənin raket və mərmi sahəsindəki lider şirkəti ROKETSAN tank sursatı “Tanok”u təqdim edib. Silah ilk dəfə 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF'19) sərgilənir.
Publika.az xəbər verir ki, 120 millimetr lazerlə idarə olunan “Tanok” tanklar və digər yüksək kalibrli lüləli silahlarla istifadə edilən ənənəvi topçu sursatlarına alternativ olacaq və tam müasir formada hazırlanıb.
“Tanok” aşağı çəkisi və istifadəçiyə zərər verməyən atma mühərriki sayəsində portativ olaraq istifadə edilən və ya quru hərbi nəqliyyat vasitələrindən atılabilmə qabiliyyətinə sahibdir.
Müasir döyüş sahəsinin ehtiyacları, yüksək səmərəlilik, həssaslıq təklif edən “Tanok” mövcud tanklar üçün uyğun bir sursat hesab edilə bilər. Lazer başlığı təkcə hərəkətsiz deyil, hərəkətli hədəfləri də məhv etmək imkanı yaradır. Birbaşa və üstdən vuruş imkanları fərqli məkanlardan hədəflərə qarşı təsirli olmasını təmin edir.
Son dərəcə təsirli bir mərmi və müharibə sahəsində fərq yaradacaq bir sursat olaraq göstərilən “Tanok”un “Roketsan”ın yaxın gələcəkdə ən çox tələb görən məhsullarından biri olacağı gözlənir.
“Tanok” un uzunluğu 984 mm, ağırlığlı isə 11 kq-dır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
