Region
Kürdüstan ideyasından imtina olunacaq, əgər... - Öcalan Türkiyənin qarşısına ŞƏRT QOYDU
Kürd millətinə ayrı dövlət lazım deyil.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin İmralı adasında ömürlük həbs cəzası çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalan bildirib.
Öcalan vurğulayıb ki, kürd milləti və Türkiyə arasında mübahisəli məsələlərin həllinə imkan yaratmağa hazırdır. O, vəkillər vasitəsilə bildirib ki, bir həftə ərzində bu münaqişəyə son qoya bilər. Bundan başqa, kürd lider söyləyib ki, əgər Türkiyə öz tərəfindən lazımi addımlar atarsa, kürdlərə heç də ayrı dövlət lazım deyil.
Təklifin konkret məzmunu haqqında məlumat verilməyib.
Qeyd edək ki, PKK 27 noyabr 1978-ci ildə yaradılıb. 1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra demək olar ki, onun bütün rəhbərliyi həbs edilib, ancaq Öcalan Suriyada sığınacaq tapmağı bacarır. 1998-ci ildə Suriya prezidenti Hafiz Əsəd Ankaranın təzyiqi altında PKK liderini ölkədən çıxarır. Öcalan 15 fevral 1999-cu ildə isə Keniyada Türkiyə xüsusi xidmət orqanları tərəfindən tutularaq ölkəyə gətirilir. Məhkəmənin hökmü ilə ölüm cəzası verilsə də, cəza daha sonra ömürlük həbslə əvəz edilib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

