Region
Türkiyəyə hücumun ŞOK PƏRDƏARXASI: Putin... - Ekspert SENSASİON DETALI AÇDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirəcəyi danışıqlarda Suriyanın İdlib vilayəti üzrə güzəştə nail olmağa çalışacaq, çünki Rusiya tərəfindən dəstəklənən Suriyanın hökumət qoşunları ilə birbaşa toqquşmada maraqlı deyil.
Publika.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəb və islam tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqov “RİA-Novosti” agentliyinə deyib.
Ekspertin sözlərinə görə, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarında əsas mövzu Suriya qoşunlarının hücumunun davam etdiyi İdlib vilayəti olacaq.
“Türk prezidenti Rusiyaya tələsik gəlir. Türkiyə indi toqquşmanı istəmir, Suriyanın hökumət ordusu və müvafiq olaraq Rusiya ilə toqquşmada maraqlı deyil”, - Dolqov hesab edir.
Onun sözlərinə görə, İdlibdə vəziyyət üzrə türk tərəfinin əsas arqumentləri dinc əhali arasında mümkün qurbanlar və PKK terror təşkilatının döyüşçülərinin Türkiyə ərazisinə keçməsi təhlükəsi ilə bağlıdır. Ekspert qeyd edir ki, bu arqumentlər artıq Türkiyə tərəfindən dəfələrlə təqdim edilib və Rusiya həmçinin, onlarla dəfələrlə razılaşır və ya güzəştə gedirdi. Dolqov 2018-ci ilin sentyabrında Türkiyə və Rusiya arasında əldə edilən İdlib razılaşmasını da bunun nəticəsi hesab edir.
Dolqovun sözlərinə görə, Ərdoğanın Moskva səfərinin İdlibdə nizama salınma üçün nə dərəcədə səmərəli olacağını qabaqcadan demək çətindir.
“Fikrimcə, Rusiya nəhayət İdlibdəki vəziyyəti həll etmək üçün kifayət qədər sərtlik göstərməlidir. Və bu, tamamilə mümkündür. Fəratın şərqində vəziyyəti həll etmək lazımdır, çünki Birgə Hərəkat Mərkəzinin yaradılması haqqında ABŞ-Türkiyə razılaşması Rusiya və Türkiyə arasında daha əvvəl bağlanmış razılaşmalara ziddir. Ərdoğan bu məsələləri, əlbəttə, öz xeyrinə həll etməyə çalışacaq, amma Rusiya israrla hərəkət etmək üçün tam hüquq malikdir”, - ekspert əmindir.
Onun sözlərinə görə, Türkiyənin indiki siyasəti Rusiya və ABŞ arasında ziddiyyətlərdə manevr və oyundan ibarətdir.
Xatırladaq ki, Türkiyə prezidenti avqustun 27-də Rusiyaya səfər edəcək.
Əlavə edək ki, Suriya rejiminin Hama vilayətini tamamilə nəzarətə alması ilə bölgədəki Türkiyə hərbi bazası mühasirə vəziyyətənə düşüb. Avqustun 23-də hökumət qüvvələri Astana anlaşması və İdlib razılaşmasını pozaraq, Xan Şeyhun qəsəbəsini ələ keçirib. Bu həmlədən sonra Morek bölgəsində yerləşən Türkiyə hərbi bazası da mühasirəyə alınıb.
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR