Region
Tramp Ərdoğandan sonra Öcalanın “oğluna” zəng etdi və... - SENSASİON SƏNƏDLƏR
ABŞ prezidenti Donald Tramp PKK-nın Suriyada qanadı olan PYD/YPG-dən formalaşdırılan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahinlə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
Pens qeyd edib ki, Tramp Ərdoğanla telefonda müzakirə aparıb və Suriyada təcili atəşkəsin elan edilməsini tələb edib. Qeyd edib ki, Türkiyədən Ayn əl Araba (Kobani) üçün hücum etməyəcəyi ilə bağlı zəmanət istəyir. Ərdoğan da bu məsələdə Trampa zəmanət verib.

Tramp Ərdoğanla yanaşı, SDQ komandiri ilə də telefonda müzakirə aparıb.
ABŞ prezidentinə yaxınlığı ilə tanınan repsublikaçı senator Lindsey Graham Tvitter hesabında Trampın Ərdoğan və SDQ komandiri ilə telefon danışığının detallarını açıqlayıb.

Grahamın paylaşdığı sənəddə deyilir: “Ən azından bunun qədər önəmli həmlə ilə prezident Tramp Suriyada İŞİD-ə qarşı əhəmiyyətli hücumlara rəhbərlik edən kürd güclərinin lideri general Mazlum ilə də görüşdü. Prezident Tramp general Mazluma Türkiyənin işğalını dayandırmaq üçün əlindən gələn hər şeyi edəcəyini və müzakirə yolu ilə bütün partiyaların maraqlarına uyğun anlaşma əldə olunmasını istədiyini bildirdi”.

Abdullah Öcalan və Ferhat Abdi Şahin
PKK terror təşkilatının lideri Abdullah Öcalan (SDQ) komandiri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahini “mənəvi oğlum” adlandırır.
Ferhat Abdi Şahinin adı Türkiyənin “qırmızı siyahı”sında yer alır.
Asif
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki



























.jpg)
.jpg)





