Region
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ - Bu dərmanın satış və istifadəsi qadağan olundu - (YENİLƏNDİ)
Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Səhiyyə Nazirliyini hərəkətə keçirib.
Publika.az xəbər verir ki, ölkənin 81 bölgəsinin səhiyyə idarəsinə təcili xəbərdarlıq göndərilib və anesteziya iynələrinin satışının, istifadəsinin dayandırılması, daha sonra hamısının nazirliyə geri qaytarılması tələb olunub.
Dərman və Tibbi Cihaz Qurumu (TİTCK) “Dormofol” adlı bu inyeksiyanın istifadəsinə qadağa qoyub. Sözügedən dərmanın araşdırılması və analizi ilə bağlı proses başladılıb.
Bu inyeksiyadan ölkəmizdə varmı?
Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda oxşar dərmandan istifadə olunmur: “Bizdə “Propofol”dan istifadə olunur. Doğrudur, onun əks təsirləri üzə çıxa bilər. Lakin düzgün istifadə olunduğu təqdirdə, ciddi fəsadlar vermir. Sözsüz ki, əlavə təsirləri ola bilər. Amma istifadəsində vacib şərt var: ampulanı açdınsa, mütləq vurmalısan. Saxlamaq olmaz. Tərkibində soya yağı var. Ona görə də bakteriyalar üçün qidalı mühit hesab olunur. Bu səbəbdən saxlansa, infeksiyalaşa bilər".
Zümrüd
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər










.jpg)























