Region
Rusiya Almaniya təyyarəsinə enişə icazə vermədi
Rusiya koronavirus epidemiyası səbəbiylə Çindən azad edilən və alman vətəndaşlarını daşıyan Almaniya ordusuna aid təyyarəyə yanacaq və ekipaj dəyişməsi üçün Moskva hava limanına eniş icazəsi verməyib.
Publika.az xəbər verir ki, Moskvada enişinə icazə verilməyən təyyarə Helsinki istiqamətinə yönəlib.
Almaniyanın Müdafiə naziri Annegret Kramp-Karrenbauer açıqlamasında Helsinkidə hava limanına enmək üçün heç bir maneənin olmadığını deyib. Eyni zamanda Rusiyanın ölkə üzərindən uçuş izinini verdiyini dilə gətirən Kramp-Karrenbauer daha əvvəl təyyarənin Moskvaya eniş etməsinə qarşı çıxmadıqlarını, ancaq sonradan enişə icazə verilmədiyini deyib.
Onun sözlərinə görə, Rusiyanın Moskva hava limanına enişə icazə verilməməsinin səbəbləri ilə bağlı rəsmi açıqlaması gələn həftə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən qiymətləndiriləcək.
Təyyarədəki alman vətəndaşları Reynland-Pfalz əyalətindəki Hərbi Hava Qüvvələri bazasında hazırlanan mərkəzə aparılaraq, Frankfurt Hava Limanında ehtiyat tədbirləri üçün yoxlanıldıqdan sonra burada təxminən 2 həftə müddətində karantində qalacaqlar.
Qeyd edək ki, təyyarədə 120-dən çox adam var, onlardan təxminən 90-ı Almaniya vətəndaşıdır.
Tağı Həsənov
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər











.jpg)



.jpg)




















