Türkiyədə DƏHŞƏT: Prezidentin köməkçisi uçqun altında qaldı, 38 ölü,53 yaralı - YENİLƏNDİ - (VİDEO)
Bizi izləyin

Region

Türkiyədə DƏHŞƏT: Prezidentin köməkçisi uçqun altında qaldı, 38 ölü,53 yaralı - YENİLƏNDİ - (VİDEO)

Türkiyənin Van vilayətində baş verən 2 qar uçqunu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. 53 yaralı var.

Publika.az xəbər verir ki, bir neçə nəfərin itkin düşdüyü deyilir.

Xatırladaq ki, ötən axşam qar uçqunu nəticəsində içərisində 15 nəfərin olduğu miktroavtobus dağıntılar altında qalıb. Onların axtarışları zamanı ərazidə daha bir uçqun baş verib.

***

18:11

Türkiyədə qar uçqununda ölənlərin sayı 31 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

17:58

Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Publika.az xəbər verir ki, qar altında 50 insanın qaldığı ehtimal edilir.

NTV telekanalında canlı yayıma bağlanan Baxçasaray bələdiyyəsinin sədri Meki Arvas 25 nəfərin sağ çıxarıldığını açıqlayıb.

Bölgədə 300 nəfərlik axtarış-xilasetmə heyəti işləyir.

***

17:43

Vanın Baxçasaray rayonunda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 53 nəfər yaralanıb.

Məlumatı Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

***

16:38

Vanın Baxçasaray rayonunda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərdən 8-i jandarm, 3-ü mühafizəçi, 1-i xilasedici, 9-u mülki şəxs olub.

***

15:43

Vanın Baxçasaray rayonunda baş vermiş qar uçqununun altında qalan 10-15 nəfərin axtarışı aparılır.

Publika.az xəbər verir ki, bu ana qədər iki dəfə təkrarlanan qar uçqununun altından 30 nəfər xilas edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 7 şəhərdən əlavə xilasetmə briqadaları olay yerinə cəlb olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya zəng edərək vəziyyətlə bağlı ən son məlumatları alıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb.

***

15:23

Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Uçqun nəticəsində qarın altında qalan şəxslərin xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

***

14:58

Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib.

Onun sözlərinə görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.

***

Köməksiz vəziyyətdə qalan 2 nəfəri axtaran axtarış-xilasetmə qrupu qar uçqununun altında qalıb.

Publika.az xəbər verir ki, olay Türkiyənin Van şəhəri, Baxçasaray rayonunda baş verib.

Uçqunun altında qalanların sayı hələ ki, məlum deyil.

Onların Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) və Milli Tibbi Xilasetmə Briqadasının (UMKE) üzvləri olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində avtobus qar uçqununun altında qalmışdı. Xilasetmə əməliyyatında 7 nəfər sağ çıxarılmış, 5 nəfərin cansız bədəni tapılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm