Region
Adnan Oktar üçün "QARA GÜN": 1365 ilə qədər həbs cəzası tələb olundu
Mütəşəkkil cinayətkar təşkilatın lideri Adnan Oktara 150 ildən 1365 ilə qədər həbs cəzası tələb olunur.
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, məhkəmə müzakirələri zamanı təşkilatın liderləri olduğu iddia olunan 13 təqsirləndirilən şəxsə də 5 ildən 12 ilə qədər həbs cəzasının verilməsi tələb olunub. Bundan başqa, təşkilatla birbaşa əlaqəsi olan xeyli sayda kişi şübhəliyə cinsi zəmində törətdikləri cinayətlərə görə 63 ildən 396 ilə kimi həbs cəzasının verilməsi tələbi ilə çıxış edilib.
Xatırladaq ki, Adnan Oktar 2018-ci ilin iyul ayında qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı cinayət əməlləri törətmək, mütəşəkkil cinayətkar təşkilat yaratmaq və s. cinayət əməllərində ittiham olunaraq həbs edilmişdi. Polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən Adnan Oktar, xüsusilə də "kediciklər" olaraq bilinən və təşkilat içində şərti adları "bacılar" olan qadınlarla birlikdə apardığı televiziya proqramları ilə tanınmışdı. Etdiyi çıxışlarda "İslami yaradılış" adını verdiyi nəzəriyyəsini müdafiə edən Oktar haqqında 1999-cu ildən bu günə kimi mütəşəkkil cinayətkar təşkilat yaratmaq ittihamı ilə dəfələrlə cinayət işi açılsa da, o, həbs olunmamışdı.
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
MDB14:45Məşhur çay bakteriyaya görə qadağan olundu - Azərbaycanda da satılır
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim






.jpg)






.jpg)









.jpg)








.jpg)



