Region
Türk ordusu hazırdır: Bu, baş tutarsa...
Türkiyənin Sincarla bağlı mümkün əməliyyatı bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqla bərabər bir çox problemi aradan qaldıra bilər.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, belə bir əməliyyat keçirilərsə, PKK/YPG-nin İraq-Suriya istiqamətində qurduğu xətt də dağıdılacaq:
“Bundan başqa, belə bir əməliyyatın başlaması bölgədə xaosun yaranması deməkdir. İranın da əməliyyata qarşı çıxacağını ehtimal etməliyik. Çünki İranın PKK/YPG-dən öz maraqları üçün istifadə etdiyini bilirik. Bu yalnız YPG-PKK-ya qarşı deyil, çoxkomponentli bir əməliyyat ola bilər. Əgər sadəcə Türkiyə İraq hökuməti ilə razılaşarsa, yenə də bir çox problemlə üz-üzə gələcək. Buna baxmayaraq, Türkiyə əməliyyatı keçirəcək qüvvədədir”.
Qeyd edək ki, Ərdoğan ötən gün belə bir əməliyyatı istisna etməmişdi.
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq





































