Region
"Armata" bu tarixdə hazır olacaq
Rusiyanın qurudan hərbi gücünün ən vacib elementlərindən biri olacağı gözlənilən və zərbə silahı olması planlaşdırılan "Armata" tankının təhvil verilmə tarixi açıqlanıb.
Publika.az-ın məlumatına görə, silah istehsalçısı "Uralvaqonzavod" (UVZ) Ural Dizayn Bürosunun baş dizayneri Andrey Terlikov Rusiyanın ən yeni tankı olan "Armata"nın gələn ildən etibarən Rusiya ordusuna təslim edilməyə başlanacağını bildirib.
Bu barədə Terlikov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təşkil edilən Yaxın Şərqin ən böyük silah sərgisi olan "IDEX 2021"də mətbuat mənsublarına danışarkən deyib.

"Dövlət sınaqları davam edir, yaxın 1-2 il ərzində tamamlanacağını gözləyirik. Müqavilələrdən birinə görə, ilk istehsal partiyasının 2021-ci ilin sonuna qədər çatdırılması planlaşdırılır. 2022-ci ildən etibarən müntəzəm tədarükünə başlayacağıq", - o qeyd edib.
"T-14 Armata" İkinci Dünya müharibəsindən sonra inkişaf etdirilən dünyanın yeganə üçüncü nəsil tankıdır. "Armata" düşmənlə birbaşa təmasda olan motorlu qoşunların və zirehli texnikaların hücumunu dəstəkləmək və düşmən qüvvələrinin gizli və ya açıq yerlərdə hücumlarını dəf etmək üçün hazırlanıb.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
