Region
Qardaşlarımızın yanlarında olacağıq - Akar
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi, general Yaşar Gülər və Quru Qoşunları komandanı, general Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı İkinci Sərhəd Diviziyası Komandanlığının "Biliç Tepe" baza bölgəsini ziyarət edib.
Publika.az-ın məlumatına görə, bölgədə yoxlamalar aparan Akar "Pençe-Şimşek" əməliyyatıyla əlaqədar açıqlamalar verib. O, əsgərlərə müraciət edərək bunları söyləyib:
"Burada çox vacib tapşırıqlar yerinə yetirirsiniz. "Pençe-Yıldırım" və "Pençe-Şimşek" əməliyyatları uğurla davam edir. İndiyə qədər 44 terrorçu zərərsizləşdirilib. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Onların bütün sığındıqları yerlərə girdik. Biz terrorizmə son qoymağa qərarlıyıq, bu mübarizədə əzm nümayiş etdiririk. Buna qadirik, edəcəyik də. Kürd qardaşlarımızla və vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Tək məqsədimiz terrorizmi sona çatdırmaqdır. Ən qısa zamanda burada sülh və əmin-amanlıq təmin olunacaq".
Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də xaricdə ədalətli mübarizələrini davam etdirdiyini bildirib:
"Biz bu mübarizəni Azərbaycanda, Liviyada, Əfqanıstanda, Kosovoda, Sudanda aparırıq və bundan sonra da davam etdirəcəyik. Öz hüquq və mənafelərimizi qoruyacağıq, dostlarımızın, qardaşlarımızın haqlı işlərində yanlarında olacağıq. Bundan sonra geri addım atmadan Şərqi Aralıq dənizində, Kiprdə Türkiyənin və kiprli qardaşlarımızın hüquqlarını, qanunlarını, maraqlarını və mənafelərini qorumağa və izləməyə davam edəcəyik".
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
