Region
Türkiyə iki nəhəng layihəyə başlayır: 500 min nəfər...
İyun ayında Türkiyə üçün böyük əhəmiyyət kəsb edən layihələr imzalanacaq.
Publika.az xəbər verir ki, "Kanal İstanbul Layihəsi" çərçivəsində inşa ediləcək 6 körpüdən birincisinin təməli ayın sonunda qoyulacaq.
Mayın 3-də orbitinə yerləşdirilən "Türksat 5A" peyki də istismara veriləcək.
"Türksat 5A" peyki 8 yanvarda ABŞ-ın Florida ştatındakı Canaveral bazasından kosmosa müvəffəqiyyətlə göndərilib. Peyk mayın 3-də xidmət edəcəyi 31 dərəcə şərq orbitinə çatıb. Təxminən bir ay sınaqdan keçirildikdən sonra "Türksat 5A"-nın bu ay fəaliyyətə başlaması gözlənilir.
30 ildən artıq bir müddətdə televiziya yayımı və rabitə sahələrində xidmət göstərəcək "Türksat 5A" məlumat ötürməsində Türkiyəni "Ku-Band"ı istifadə edən lider ölkələrin sırasına daxil edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci ildə elan edilmiş və ictimaiyyət arasında "çılğın layihə" olaraq tanınan "Kanal İstanbul Layihəsi"nin təxmini dəyəri 15 milyard dollardır. İnşa ediləcək 6 körpünün dəyəri isə 1,4 milyard dollar olacaq.
Ətrafında iki şəhərin inşa ediləcəyi kanalın tikintisi zamanı 500 min şəxs işlə təmin ediləcək.
200-ə yaxın elm adamının iştirakı ilə hazırlanan və azı 5 il davam etməsi gözlənilən layihədə yaşıl sahələrə zərər dəyməyəcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
