Region
Türkiyənin düşməni QORXUYA SALAN yeni silahı: 250 km-dəki hədəfi dəqiqliklə vurur, radarlara...
Türkiyənin ROKETSAN şirkəti dəniz hədəflərinə qarşı ilk milli raketin sınaq atışlarını tamamlayıb. Türkiyə KİV-ləri xəbər verir ki, sınaq atışları zamanı raket hədəfi yüksək dəqiqliklə vurub və seriya istehsalı başladılıb. İlin sonuna qədər “Atmaca” Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil olacaq.
ROKETSAN şirkətinin icraçı direktoru Murat İkinci bildirib ki, sınaq atışları zamanı “Atmaca” Türkiyə hərbi donanmasının “Kınalıada” korvetindən buraxılıb və 220 kilometr məsafədə dayanmış, istismardan çıxarılmış “Işın” gəmisini vurub. İkinci deyib ki, dəniz hədəflərinə qarşı bu cür yüksək dəqiqlikli raketlər dünyada çox az ölkə tərəfindən istehsal olunur. Onun sözlərinə görə, “Atmaca” raketlərinin sınaq atışlarının tamamlanması və seriya istehsalının başlaması Türkiyə Silahlı Qüvvələri baxımından çox ciddi nailiyyətdir. “Müdafiə Sənayesi Agentliyinin rəhbərliyi altında, ASELSAN, TÜBİTAK, SAGE kimi tərəfdaş şirkətlərlə birlikdə işləyib hazırladığımız bu raket Türkiyənin gəmilərə qarşı yüksək dəqiqlikli silahlara malik olmasına imkan yaradır, raket fərqli platformalarda istifadə edilə bilər”,-o deyib.

Murat İkinci bildirib ki, raketin sınaq atışlarını Pakistan, Azərbaycan və İndoneziyadan nümayəndələr-hərbi attaşelər izləyiblər və onlar raketin yüksək dəqiqliklə hədəfi vurmasını çox yüksək dəyərləndiriblər. “Dost və qardaş ölkələrimiz buna bənzər silah sistemlərinə ehtiyac hiss edirlər. Onlar da eyni sıxıntılarla qarşı-qarşıyadır. Türkiyə olaraq biz də qabiliyyətlərimizi, istehsal etdiyimiz silahları dost və qardaş ölkələrlə paylaşmağa açıq olduğumuzu hər fürsətdə bəyan edirik. Hörmətli prezidentimiz də bu məsələdə çox qətiyyətli mövqe ortaya qoyur. Bu silah sistemlərinin hamısı dost və qardaş ölkələrdə də silahlanmaya qəbul ediləcək, nəticədə Türkiyə üçün ciddi ixrac potensialı yaranacaq”,-ROKETSAN rəhbəri deyib.
ROKETSAN şirkəti “Atmaca” raketinin prototipini ilk dəfə 2019-cu il beynəlxalq müdafiə sərgisində nümayiş etdirib. Raketin mənzili 250 kiloqramdır, 250 kiloqram döyüş başlığı daşıyır və ümumi ağırlığı 800 kiloqramdır. Radarlara yaxalanmır və su səthinə çox yaxın hündürlükdən uçaraq hədəfə doğru şığıyır. (virtualaz.org)
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)







.jpg)













.jpg)



.jpg)

