Region
Marmarisdə son 33 ilin rekord istiliyi qeydə alındı
İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.
Bu yanğınların 19-unun Antalya ərazisində meydana gəldiyini deyən nazir onlardan ikisinin söndürülməsi uğrunda işlərin davam etdiyini bildirib.
Qeyd edilib ki, Manavqat və Gündoğmuşdəki yanğınlar da hələ davam edir. Manavqatın qərb hissəsində baş verən yanğının sabah nəzarət altına alınacağı gözlənilir. Muğlanın beş bölgəsində də yanğınlar davam edir. Marmarisdə də irəliləmə var. Burada da sabah gündüz saatlarına qədər alovların qarşısının alınacağı gözlənilir.
Qlobal istiləşmə və yaranan quraqlığın dünyanın hər bir nöqtəsini yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyduğunu deyən nazir avqustun 3-də Marmarisdə hava temperaturunun 45 dərəcə ölçüldüyünü və bunun son 33 ilin rekordunu yenilədiyini söyləyib.
Bildirilib ki, Antalya, Muğla, Adana, Mərsin və Osmaniyədə baş verən fəlakət nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi işləri davam edir. İlkin hesablamalara əsasən, ölkənin beş vilayətdə 18 rayon, 78 kənddən ümumilikdə 2 min 219 fermer təsərrüfatına ciddi zərər dəyib.
Nazir yanğınlar baş verən andan indiyədək 16 min 603 nəfərin təxliyə edildiyini diqqətə çatdırıb.
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var












.jpg)















.jpg)
.jpg)





