Region
İranın yeni prezidenti peyvənd olundu
İranda koronavirus infeksiyasının geniş yayılması ilə yanaşı, ölkədə vətəndaşlara peyvənd vurulması prosesi davam edir.
Publika.az xəbər verir ki, avqustun 8-də İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi peyvənd vurdurub. İran Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Prezident İranın milli istehsalı olan “Cov İran Barakat” peyvəndi vurdurub və özünü çox yaxşı hiss edir. Qeyd edək ki, İranın milli peyvəndi əhaliyə iyunun 14-dən vurulur. Bu peyvənd Məhşəd alimlərinin səyi nəticəsində meydana gəlib. Preparat kliniki testdən keçirilib və səmərəli olduğu müəyyənləşib.
İranın Səhiyyə Nazirliyinin yaydığı digər xəbərə görə, avqustun 8-də İranda 39 min 616 nəfər virusa yoluxub, 542 nəfər isə ölüb. Göründüyü kimi, İranda yoluxaraq ölənlərin sayında artım müşahidə edilir. Ölkədə yoluxanların ümumi sayı 5 milyona yaxınlaşır. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 539 min 35 nəfər sağalaraq evə buraxılıb.
İran mətbuatı yazır ki, yeni Prezident İbrahim Rəisi rəhbərlik edəcəyi kabinetin ilk iclasında COVID-19 virusu ilə mübarizə tədbirlərinin müzakirəsinə geniş yer ayıracaq.
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...























.jpg)
.jpg)



.webp)










