Region
İranda pandemiya nəzarətdən çıxdı - SƏRT KARANTİN ELAN EDİLDİ
İranın Koronavirusa qarşı mübarizə qərargahının qərarına əsasən, avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib.
Publika.az xəbər verir ki, 1 həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.
İranda COVID-19 virusunun geniş yayılması hökuməti qəti addımlar atmağa məcbur edib. Ölkədə peyvənd çatışmazlığının aradan qaldırılması üçün Çindən 1 milyon 100 min doza peyvənd alınıb. Rusiya ilə əldə edilən razılaşmaya görə, İrana 60 milyon doza “Sputnik V” peyvəndi verilməli idi. Lakin bu günə qədər Rusiyadan İrana cəmi 1 milyon 100 min doza peyvənd daxil olub.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saat ərzində İranda 36 min 736 nəfər virusa yoluxub, 620 pasiyent isə virusdan həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb.
Müalicəsini davam etdirən 7323 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, indiyədək 3 milyon 728 min 940 nəfər sağalaraq evə buraxılıb.
-
Magazin222:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi



































