İran əfqan qaçqınların ölkəyə girişini əngəlləyəcək
Bizi izləyin

Region

İran əfqan qaçqınların ölkəyə girişini əngəlləyəcək

İran Hökuməti Əfqanıstandan gələn qaçqınların ölkəyə girişini əngəlləyəcək.

Publika.az xəbər verir ki, bunu Mizan Xəbər Agentliyinə müsahibəsində İran Daxili İşlər Nazirliyinin Sərhəd İşləri üzrə baş direktoru Hüseyn Qasimi deyib.

Qasimi qeyd edib ki, "Taliban"ın nəzarəti ələ keçirdiyi Əfqanıstanda cərəyan edən hadisələri nəzərə alaraq, yeni tip koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün sərhəddə ciddi tədbirlər həyata keçiridik. Həmçinin Cənubi Xorasan, Sistan-Bəlucistan və Rəzəvi Xorasan əyalətlərindəki təhlükəsizlik qüvvələrinə əfqanların İrana daxil olmalarının qarşısını almaları barədə təlimat verilib.

Xatırladaq ki, İran təxminən 800 milyonu qeydiyyatdan keçmiş 3 milyon Əfqanıstan vətəndaşına ev sahibliyi edir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm