Region
Ərdoğandan Azərbaycan AÇIQLAMASI: Gələn il...
Türk Şurasının İstanbulda keçirilən 8-ci Zirvə toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının gələn il Azərbaycanda keçiriləcəyini açıqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Şurasının 8-ci Zirvə toplantısında mühüm açıqlamalar verib.
Ərdoğanın açıqlamalarından başlıqlar:
Müşahidəçi ölkə Macarıstanla birlikdə COVID-ə qarşı mübarizəmiz çox vacibdir.
Siyasi və sosial həmrəyliyimiz kimi, ticarətdə də həmrəyliyimizi gücləndirməliyik.
Biz həm ticari əlaqələrimizi, həm də qarşılıqlı investisiyalarımızı artırmalıyıq. Bu məqsədlə biz ticari əlaqələrin asanlaşdırılması və strategiya sənədinin imzalanmasına əhəmiyyət veririk. Bir-birimizdən möhkəm yapışmasaq, istədiyimizi ala bilmərik. Aramızdakı bütün yolları bu coğrafiyanın əsas strategiyasına çevirməliyik.
Cənab Binəli Yıldırımı Ağsaqqallar Şurasına təyin etdik. Onun təcrübəsi xüsusən də nəqliyyat sahəsində öz töhfəsini verəcək. B.Yıldırıma bu işində uğurlar arzulayıram.
Paris İqlim Sazişini ratifikasiya və tətbiq etməklə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizəmizə başladıq. Biz qlobal məsələdə çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük səylər göstərəcəyik. Qarşıdakı dövrdə biz yeni texnologiyalardan istifadə edərək şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik.
Rəqəmsal transformasiyanın yol xəritəsini müəyyən etməliyik.
Yayda yaşadığımız yanğınlara kömək edən bütün dost dövlətlərə təşəkkürümü bildirirəm.
Biz terrorun bütün formalarına qarşı mübarizədə qərarlıyıq və bu istiqamətdə əməkdaşlığımızı artırmalıyıq.
Gələn il “Teknofest”i Azərbaycanda keçirəcəyik.
Məlumat üçün bildirək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






