Region
Gülən Türkiyəyə ekstradisiya edilir? – FTB-nin nümayəndə heyəti Ankarada
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndə heyəti 2 il sonra Türkiyəyə sürpriz səfər edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, aralarında yüksək vəzifəli şəxslərin olduğu FTB heyəti ötən həftə Ankaraya gələrək Türkiyə Təhlükəsizlik Baş İdarəsi, Terrorizmlə Mübarizə, Narkotik Cinayətlər, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşlər keçirib.
“Hürriyət”in məlumatına görə, Türkiyə FETÖ, PKK və İŞİD terror təşkilatlarının dosyelərini FTB rəsmiləri ilə müzakirə edib. FTB və Təhlükəsizlik Baş İdarəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla birgə mübarizədə və bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Türkiyə tərəfi FTB-yə FETÖ lideri Fəthullah Gülənlə birlikdə ABŞ-a qaçan bu terror təşkilatının yüksək rütbəli rəhbərləri və bu şəxslərlə bağlı aparılan araşdırmaların dosyeləri barədə də geniş məlumat verib. Bundan başqa, FETÖ-nün ABŞ-dakı məktəbləri başda olmaqla bu təşkilatın digər obyektləri barədə dosyelər FBI-ya təqdim olunub. Eyni zamanda, Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müzakirə aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
