Region
Türkiyənin yeni peyki orbitə buraxıldı
Türkiyənin “TürkSAT 5B” süni peyki dekabrın 19-da Ankara vaxtı ilə saat 06:58-də (Bakı vaxtı ilə saat 07:58) orbitə göndərilib. Bu peykin fəaliyyətə başlaması ilə Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.
Publika.az xəbər verir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb.
Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Cənubi Afrika və Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcək.
Yeni peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılıb. Bildirilir ki, “TürkSAT 5B”nin manevr ömrü 35 ildən çox nəzərdə tutulub.
Qeyd edə bilərik ki, peyk-rabitə şəbəkəsi günü-gündən inkişaf edir. “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib. Qardaş ölkənin milli istehsalı olan “TürkSAT 6A” peykinin 2023-ci ildə orbitə buraxılmazı nəzərdə tutulur. “TürkSAT 6A” peyki ASELSAN başda olmaqla Türkiyənin aparıcı şirkətləri tərəfindən istehsal olunacaq.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





