Region
Dəhşətli proqnoz: "7-ci dalğanın başlanğıcındayıq"
"İnsanların psixikasında pandemiya bitdiyi görünür, lakin koronavirusun belə bir planı yoxdur - dalğaya bənzər, yuxarı əyrinin şahidi oluruq. Buna görə də biz bunu "yeddinci dalğanın başlanğıcı" adlandıra bilərik".
Publika.az xəbər verir ki, rusiyalı allerqoloq-immunoloq Bidzina Kulumbeqov regiondakı epidemik vəziyyətlə bağlı keçirdiyi brifinqdə belə bir proqnoz səsləndirib.
Onun sözlərinə görə, mövcud vəziyyət həyəcan üçün əsas deyil.
“Bildiyiniz kimi, koronavirus müəyyən “dalğalarla” xarakterizə olunur. Birbaşa demək lazımdır ki, xüsusi bir şey baş vermir. Başqa ölkələrin tendensiyasına baxsaq, biz region olaraq 2 aya yaxın fərqlə geridə qalırıq. Sonra proses dalğa ilə şərq ölkələrinə - Cənubi Qafqaza doğru hərəkət edəcək. Narahatedici, gözlənilməz sürpriz olmamalıdır. İnsanların fikrincə, pandemiya bitmiş kimi görünür, amma təəssüf ki, koronavirusun bununla bağlı heç bir planı yoxdur",-deyən Bidzina Kulumveqov əlavə edib:
"Regiondakı mövcud vəziyyəti “yeddinci dalğa”nın başlanğıcı adlandıra bilərik. Fəqət bu barədə narahatedici heç nə yoxdur. Əvvəlki həftə ilə müqayisədə Rusiyada, Dağıstanda və Gürcüstanda, eləcə də digər region ölkələrində yoluxma rəqəmlərinin 5 dəfə artdığını görə bilərik”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
