Region
Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir
Qardaş Türkiyənin bu ilin iyununda keçən ilin iyun ayına nisbətən Rusiyaya mal-məhsul ixracı 46% artaraq 791,5 mln. dollar, iyun ayında may ayına nisbətən ixracın artımı isə 52% olub. Göründüyü kimi, Türkiyə Qərb ilə Rusiya arasında vacib “pəncərə” rolunu oynayır, həm də Rusiya bazarından çıxan Qərb şirkətlərinin mallarını uğurla və sürətlə əvəz edir – bu, Türkiyə üçün çox vacib məsələdir və ən maraqlısı budur ki, bu ticarətdən, “pəncərə” rolundan Qərb də məmnundur.
Publika.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Ekspert bildirib ki, rəsmi Ankara sanksiyalara qoşulmamaqla doğru etdiyi sübut olunur: “Çünki elə Qərb üçün də Rusiya ilə işlək, güvənilən iqtisadi-diplomatik kanalın olması çox vacibdir.Türkiyənin iqtisadi durumu ağırdır, dünyada ən yüksək inflyasiya göstəricilərinə malik ölkələrdən biridir. İnsanlar sürətlə yoxsullaşır, hər kəsin dilində “ekonomi və inflyasion” var - təsəvvür edin ki, cəmi 4-5 il öncə 50 qruşa olan armudu stəkanda çay indi 7-10 lirə arasıdır (yerindən asılı olaraq)”.
N.Cəfərli qeyd edib ki, Türkiyənin ixracının artması, ölkəyə valyuta gəlməsi indi hava və su kimi lazımdır.
“Amma seçkilərə cəmi 11 ay qalıb, bu zaman kəsimində vəziyyətin durulması mümkünsüzdür, ona görə də, seçkilərdə iqtidarı saxlamaq çətin olacaq. Bütün bunlara baxmayaraq qardaş ölkəyə uğurlar diləyək. Türkiyənin son illərdəki təcrübəsi bir daha sübut etdi ki, “təkadam” sistemləri, yumşaq desəm effektiv deyil, hətta təhlükəlidir...” - ekspert vurğulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
