Region
Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən birini MƏHV ETDİ - FOTO
Türkiyənin Milli Kəşfiyyat İdarəsi Suriyada növbəti antiterror əməliyyatı keçirib. Əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının qondarma Aynularab (Kobani) icra şurasının üzvü Erhan Arman xüsusi əməliyyatla zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2012-ci ildə PKK-ya qoşulmaq üzrəykən yaxalanan “Berxwedan Muş” kod adlı terrorçu sərbəst buraxıldıqdan sonra 2013-cü ildə Muş çölündə təşkilata qoşulub.
Terror təşkilatında silahlı fəaliyyətlər həyata keçirən və ölkədə bir çox aksiyalarda iştirak edən Arman Aynularabdakı təşkilata kadr toplamaq üçün Suriyaya gedərək, PKK/YPG üzvlərinin və partlayıcı maddələrin qeyri-qanuni yollarla Türkiyəyə daşınması fəaliyyətini təşkil edib. Arman 2019-cu ildə təşkilatın qondarma Aynularab əyalətinin icra başçısı vəzifəsinə direktor gətirilib.
Aynularabda mövqeləşdirmə zabiti vəzifəsinə təyin edilən terrorçu Armanın Türkiyə tərəfindən ola biləcək əməliyyatlara qarşı təşkilatı müdafiə etməyi planlaşdırdığı öyrənilib. Terrorçu Türkiyə Milli Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı ilə zərərsizləşdirilib.
Akqabay
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq




































.jpg)


