Region
Rəisidən NÜVƏ açıqlaması: "İranın məqsədi odur ki..."
İrana nüvə texnologiyası silah yaratmaq üçün deyil, ondan mülki məqsədlər üçün istifadə etmək üçün lazımdır.
Publika.az-ın məlumata görə, bu barədə İran Prezidenti İbrahim Rəisi bildirib.
Rəisi deyib: "Nüvə sənayesi və nüvə imkanları İslam Respublikası və İran xalqının haqqıdır və biz dəfələrlə nüvə silahının İran doktrinasında yeri olmadığını demişik".
Onun sözlərinə görə, İranın kənd təsərrüfatı, neft-qaz, tibb və digər mülki sektorlarda nüvə texnologiyalarına ehtiyacı var. O vurğulayıb ki, İran rəsmiləri Tehranın məhz bu mövqeyini daim dünyaya çatdırırlar.
Xatırladaq ki, 2015-ci ildə İran və "altılıq" beynəlxalq vasitəçilər (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) JCPOA imzalayıblar - bu sazişə əsasən Tehran nüvə proqramının inkişafını yalnız dinc məqsədlərlə məhdudlaşdırmalıdır. Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatlar 2018-ci ildə JCPOA-dan birtərəfli qaydada çıxıb və anti-İran sanksiyaları, o cümlədən neft sektoru da daxil olmaqla, Tehranı müqavilənin bəzi şərtlərindən imtina etməyə vadar edib. ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden müəyyən şərtlər daxilində razılaşmaya qayıtmağa hazır olduğunu bəyan edib.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
