Region
Qondarma rejimin “baş prokuroru” və müavini öldürüldü
Qondarma “Luqansk xalq respublikası”nın hakimiyyət orqanları Luqanskda Baş Prokurorluğun binasında partlayış baş verdiyi barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat açıqlayıb.
Agentlik fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir ki, partlayış nəticəsində “LXR”in baş prokuroru Sergey Qorenko həlak olub.
“LXR”in baş prokuroru Sergey Qorenko Luqanskda Baş Prokurorluğun binasında partlayıcı qurğunun partlaması nəticəsində həlak olub”, - qondarma respublikanın daxili işlər nazirinin köməkçisi Vitali Kiselyev bildirib.
“Baş Prokurorluğun binasındakı partlayışın episentri baş prokurorun kabinetinin yaxınlığında olub”, – mənbə Luqanskdakı partlayışın təfərrüatları barədə “İnterfaks”a bildirib. “Respublika”nın xalq milisindən verilən məlumata görə, idarənin binasında əldəqayırma partlayıcı qurğu işə düşüb. Daha sonra “İnterfaks” mənbəyə istinadən xəbər verib ki, “LXR” baş prokurorunun müavini Yekaterina Steqlenko da partlayış nəticəsində ölüb.
Bundan əlavə, Xerson vilayətinin rusiyapərəst hakimiyyət orqanları Xersondakı administrasiya binasına raket zərbəsi endirilməsi barədə məlumat yayıb. Onlar iddia edirlər ki, zərbələr Ukrayna hərbçiləri tərəfindən endirilib.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
