Region
Deputat maşınla uşaq vurdu - Hadisə yerindən qaçdı
Rusiyanın Novosibirsk vilayətinin Tatarski rayonunda “Vahid Rusiya” partiyasının deputatı Sergey Mamontov avtomobillə uşaq vurub.
Publika.az xəbər verir ki, deputat qəzadan sonra hadisə yerindən qaçıb.
"Vahid Rusiya" partiyasının regional bölməsinin mətbuat katibi Yuliya Şvets deputatın partiyadan xaric ediləcəyini bildirib.
"Tatarski Rayon Deputatlar Şurasının deputatı Sergey Mamontovun hərəkəti çaşqınlıq və ikrah doğurmaqdan başqa bir şey deyil. Uşağı əzib, onu köməksiz vəziyyətdə yolda qoyanı tam mənada insan adlandırmaq belə çətindir.
O, qanunun ən ağır həddi ilə cəzalandırılmalıdır. “Vahid Rusiya”ya gəlincə, o, Mamontovu rüsvayçılıqla partiyadan və rayon şurasındakı deputat birliyindən xaric edəcək, həmçinin yaralı oğlana və onun ailəsinə bütün lazımi yardımı göstərəcək”, - Şvets bildirib.
Qeyd edək ki, qəza bazar günü baş verib. Regional Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.
(Modern.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.png)


.jpg)













