Region
İran həbsxanasında iğtişaş baş verib: ölənlər var
İranın paytaxtı Tehranın şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çoxlu sayda məhbus yaralanıb.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı Əlburz şəhərinin baş prokuroru Hüseyn Fəzli Herikəndi açıqlama verib. Onun sözlərinə görə, narkotik maddələrlə bağlı mühakimə olunan məhbuslar arasında toqquşmalar olub, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iğtişaşlar dayanıb. Yaralanan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bildirib ki, həbsxana rəhbərliyi ölüm hökmü verilən məhbusu edam üçün başqa kameraya köçürdükdən sonra məhbuslar qiyam qaldırıb. (Oxu.az)
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































