Region
"Yeddi aydır ki, günəş şüası görmürəm" - Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hansı şəraitdə saxlanmasından, tibbi yardımın necə göstərilməsindən danışıb.
Publika.az xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainska Pravda”-ya müsahibəsində bildirib.
“Mən elə bir klinikadayam ki, həkimlər onlar üçün çox çətin şəraitdə mənə mümkün qədər kömək edirlər. Onlar hər gün Gürcüstanın təhlükəsizlik xidməti tərəfindən sorğu-sual olunur və hər dəfə tibb bacısı adi bir şey üçün (məsələn, həb vermək üçün) yanıma gələndə onu hərtərəfli araşdırırlar. Təsəvvür edin ki, bu, gündə 30 dəfə baş verir. Mənim palatamın pəncərələri qalın plyonka ilə örtülüb, yeddi aydır ki, günəş şüası görmürəm”, - sabiq prezident qeyd edib.
Saakaşvili, həmçinin bildirib ki, son hipertonik kriz zamanı həbsxana işçiləri onun reanimasiya şöbəsinə köçürülməsinə icazə verməyiblər.
Xatırladaq ki, amerikalı həkim Devid Smit Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin saç və dırnaq nümunələrində ağır metallar və digər maddələrin, xüsusən də civə və arsenin, habelə düzgün müalicə olunmaması ilə bağlı xəstəliklər və asılılığın aşkar edildiyi barədə ekspert rəyi vermişdi.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO










.jpg)
.jpg)





















