Region
Rusiya qərar verdi, hasilatı azaldır - Neft bahalaşacaq?
Mart ayında Rusiya neft hasilatını gündəlik 500 min barel azaldacaq ki, qiymət həddi prinsiplərinə əməl edənlərə xammal satmasın.
Publika.az xəbər verir ki, bunu baş nazirin müavini Aleksandr Novak deyib.
“Bu gün biz hasil edilən neftin bütün həcmini tam satırıq, lakin əvvəllər qeyd edildiyi kimi, biz nefti, qiymətlərin tavanı prinsiplərinə birbaşa və ya dolayısı ilə riayət edənlərə satmayacağıq”, - deyə baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, Rusiya mart ayında könüllü olaraq hasilatı sutkada 500 min barel azaldacaq.
“Bu, bazar münasibətlərinin bərpasına töhfə verəcək. Növbəti qərarlar qəbul edərkən, mövcud bazar vəziyyəti əsasında hərəkət edəcəyik”, - deyə Aleksandr Novak davam edib.
O xatırladıb ki, Rusiya neftinin və neft məhsullarının satışı üçün tavan qiymət mexanizmini bazar münasibətlərinə müdaxilə və kollektiv Qərb ölkələrinin dağıdıcı enerji siyasətinin davamı kimi qiymətləndirir.
“Gələcəkdə bu, nəinki neft sektoruna investisiyaların azalmasına və müvafiq olaraq neft qıtlığına səbəb ola bilər, eyni zamanda oxşar nəticələrlə dünya iqtisadiyyatının digər sektorlarına da yayıla bilər”,- o əlavə edib.
Gündə 500 min barel Rusiyada hasilatın təxminən 5%-ni təşkil edir.
Ayşən
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu









.jpg)
.jpg)
.jpg)
























