Region
Azərbaycan əsgərinin bu sözləri Türkiyədə gündəm oldu - FOTO/VİDEO
09:53
Pakistanda təlimlərində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Dəniz Komandoları Birliyinin üzvü Ramazan Balakişiyevin sözləri Türkiyədə gündəm olub.
Publika.az xəbər verir ki, Pakistanda AMAN-2023 çoxmillətli dəniz təlimləri keçirilir.
Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə də iştirak etməli idi, lakin baş verən zəlzələyə görə türk hərbçilərinin iştirakı təxirə salınıb.
Təlimdə iştirak edən Azərbaycanın dəniz komandosu Ramazan Balakişiyev “Anadolu agentliyi”nin müxbiri ilə söhbətində Türkiyədə baş verən zəlzələyə görə çox kədərli olduqlarını bildirib.
“Türkiyənin kədəri bizim kədərimizdir. Təlimlərə görə buradayıq, amma ürəyimiz Türkiyədədir”, - o deyib.
Balakişiyev dəniz komandolarının dəstək məqsədilə Türkiyəyə getmək istəkləri haqda komandanlığa məruzə etdiklərini də deyib. Lakin onlara bildirilib ki, Azərbaycandan lazım olan qədər personal qardaş ölkədədir və Pakistan və Azərbaycan arasındakı rəsmi prosedurlara görə bu, mümkün olmayacaq.
“Lakin ürəyimiz qardaş ölkədədir. Zəlzələyə görə türk hərbçilər təlimlərə gələ bilmədi, amma narahat olmasınlar, biz burada təkcə Azərbaycanı deyil, qardaş ölkə Türkiyəni də təmsil edirik”, - kapitan bildirib.
Azərbaycanlı hərbçinin bu sözləri Türkiyə mediasında gündəm olub.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO











.jpg)





















