Region
Uşağı girov götürdü, atəş açdı, bu məmurların öldürülməsini tələb etdi
Rusiyanın Nijnevartovsk şəhərində bir nəfər 9-cu mərtəbənin eyvanından insanlara atəş açıb.
Publika.az xəbər verir ki, hadisə bu gün baş verib. Məlumata görə, kişi uşağı girov götürərək mənzilin qapısını bağlayıb. Qapını aça bilməyən kişinin həyat yoldaşı dərhal polisə müraciət edib. Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib qapını açmaq istəyəndə, kişi eyvandan atəş açmağa başlayıb.
Araşdırma nəticəsində məlum olub ki, kişi üç yaşlı oğlunu girov götürüb. Təqsirkar Ş.Vladimir mənzilin qapısını bağlayıb və deyib ki, uşaqla xüsusi "məşğul" olacaq.
Qeyd olunub ki, o, şəhər administrasiyasında idarələrdən birinin rəis müavini vəzifəsində çalışıb.
Kişi polis əməkdaşlarına bildirib ki, uşağı buraxmaq üçün müəyyən şərtləri var. O, xüsusilə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də daxil olmaqla bir neçə nəfərin telefon zəngini tələb edib. Bununla yanaşı, istəyir ki, şəhər meydanında bir neçə məmur öldürülsün.
Hazırda hadisələrin cərəyan etdiyi ərazi mühasirəyə alınıb, bütün sakinlər oradan təxliyə edilib. Keçmiş məmurun olduğu evə OMON döyüşçüləri və snayperlər gəlib. Həyat yoldaşı və anası Vladimir Ş.-nin özü ilə danışıq aparmağa çalışırlar. Onlar istəyirlər ki, kişi təslim olsun və körpəni azad etsin.
Daha sonra Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, girov götürülən uşaq azad edilib və kişi polislər tərəfindən saxlanılıb.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO










.jpg)
.jpg)





















